Luis Dias “Barselona”ya keçir? – Özü açıqladı

“Liverpul”un kolumbiyalı vingeri Luis Dias bu yay İngiltərə klubunu tərk edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib.

Arena.az 27 yaşlı futbolçunun bu barədə fikirlərini təqdim edir:

“Liverpul”da çox xoşbəxtəm. Bu, əla komanda və klubdur. Mən həmişə burada oynamaq istəmişəm. Ona görə də hazırda xoşbəxt və rahatam. Başqa heç nə düşünmürəm”, deyə Dias bildirib.

Xatırladaq ki, daha əvvəl Diasın “Liverpul”dan ayrılaraq “Barselona”ya keçə biləcəyi bildirilirdi.

Luis Dias “Liverpul”a 2022-ci ilin yanvar ayında Portuqaliyanın “Portu” klubundan 50 milyon avro qarşılığında keçib. O, İngiltərə klubunun heyətində 98 oyuna çıxıb, 24 qol və 13 məhsuldar ötürmə müəllifi olub.

Geridə qalmış 2023/2024 mövsümündə Dias “Liverpul”un heyətində 51 oyuna çıxıb, 13 qol vurub, 5 məhsuldar ötürmə verib.

Luis daha öncə “Portu”, “Junior” və “Barrankilla” kimi klubların formasını geyinib.

Yarımmüdafiəçi 2018ci ilin sentyabr ayında debüt etdiyi Kolumbiya milli komandasının heyətində 48 oyun keçirib. O, bu oyunlarda 11 qol vurub, 2 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 27 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.