PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrike Fransa Kubokunun yarımfinalının “Dünkerk”lə səfər oyununu şərh edib.
Arena.az məlumat verir ki, PSJ 0:2 hesabından geri-dönüş edərək, 4:2 qələbə qazanıb və finala yüksəlib.
Luis Enrike matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:
“Bu, qəribə oyun idi. Rəqib iki imkan yaxaladı, meydanın mərkəzindən keçdi və iki qol vurdu. Bu, heç də məntiqli deyildi… Hər oyunda müdafiədə həmişə səhvlər baş verir. Aydındır ki, ikinci qol qapımıza diqqətsizliyimizdən vuruldu. Biz basılmaz və məğlubedilməz deyilik. Biz film qəhrəmanları deyilik, biz qollar buraxmağa davam da edəcəyik…”, – “RMC Sport” dərgisi Luis Enrikedən sitat gətirir.
Finala yüksəlmiş PSJ həlledici oyunda digər yarımfinal cütünün – “Kann” – “Reyms” oyununun qalibi ilə qarşılaşacaq.


