Fransa çempionu PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Super Kubokunda “Aston Villa” üzərində 2:1 hesablı qələbəni şərh edib.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis qarşılaşmanın çətin keçəcəyini əvvəlcədən bildiklərini və buna baxmayaraq, istədikləri futbolu nümayiş etdirməyi bacardıqlarını bildirib:
“Bilirdik ki, oyun çətin olacaq. Amma istədiyimiz kimi oynamağı bacardıq. Futbolçularım nəyə qadir olduqlarını göstərdilər. Ola bilsin, hələ ən yaxşı formamızda deyilik, lakin bu matç bir daha kim olduğumuzu və daim bizə kuboklar qazanmağa, yüksək səviyyədə oynamağa kömək edən azarkeşlərimizin gücünü göstərdi”, – deyə Luis Enrike bildirib.
Baş məşqçi PSJ-də titul qazanmağın çətinliyinə də toxunub. Onun sözlərinə görə, üç il əvvəl komandanın çox gənc olduğu deyilirdi, lakin futbolçuları bunun əksini sübut edə biliblər. Luis Enrike komandanın hələ inkişaf etdirməli olduğu məqamların olduğunu və zəif tərəflərini bildiklərini vurğulayıb.
İspaniyalı mütəxəssis növbəti hədəfin Çempionlar Liqasında ardıcıl üçüncü qələbə olduğunu açıqlayıb:
“Növbəti məqsədimiz Çempionlar Liqasını üçüncü dəfə ardıcıl qazanmaqdır. Ambisiyalarımızı qoruyub öz gücümüzə inanmalıyıq. Bu, çox çətin olacaq, amma rahatlaşmaq fikrimiz yoxdur və qətiyyətliyik”.


