PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in 26-cı turunun Marsel “Olimpik”i ilə ev oyununda 3:1 hesablı qələbəni şərh edib.
Arena.az ispan mütəxəsssin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:
“Oyun asan deyildi, çünki “Olimpik” xasiyyətini nümayiş etdirdi. Fransız klasikosu – bu, hamı üçün xüsusi bir oyundur. Mən Çempionlar Liqası ab-havasını duyurdum. Amma qələbəyə biz dəqiqliklə layiq idik”, deyə Luis Enrike fərəhlə vurğulayıb.
26 oyundan 68 xal toplamış PSJ Fransa Liqa 1-in yarış cədvəlinin zirvəsində qərarlaşıb. Marsel “Olimpik”i isə 49 xalla 2-ci pillədədir.


