PSJ-nin baş məşqçisi Luis Enrike Fransa Liqa 1-in “Renn”lə ev oyunundan (3:1) sonra jurnalistləri qərəzli mövqe tutmaqda ittiham edib.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, mətbuat konfransında, oktyabrın 1-də “Arsenal”la Çempionlar Liqası oyunu ərəfəsində parislilərin müdafiədəki çıxışı ilə bağlı ispan mütəxəssisə ünvanlanmış sual Luis Enrikenin xoşuna gəlməyib:
“PSJ keçən illə müqayisədə öz qapısı qarşısında daha az fürsət verir. Amma əminəm ki, mətbuat bu barədə yazmayıb. Bu mövsüm daha sabit çıxış edirik, amma rəqiblərimiz yenə də bizə qol vurmağı bacarırlar. Komanda hələ mükəmməl deyil, amma PSJ-dən söhbət düşüncə, jurnalistikada bədbinlik – adi haldır. Siz yaxşı xüsuslar haqda yazmırsınız!”, deyə Luis Enrike vurğulayıb.
6 turdan 16 xal toplamış PSJ Fransa Liqa 1-in yarış cədvəlinə başçılıq edir.