Lukas Hernandes “Barselona”nı “nəcis komanda” adlandırdı

PSJ-nin fransız mərkəz müdafiəçisi Lukas Hernandes məşq zamanı Kataloniya nəhəngi “Barselona”nı təhqir edib.

Arena.az bu barədə “Sport.es” portalına istinadən məlumat verir.

Məşq zamanı məqamların birində Kilian Mbappe bu yay kluba yeni qoşulmuş Usman Dembeledən soruşub ki, “Barselona”dan gəlmisən, niyə mahnı oxumursan?”

Bu zaman Hernandes dilini saxlaya bilməyib və Mbappenin söhbətinə müdaxilə edərək əlavə edib: “Nəcis komanda sənə oxumağı necə öyrədə bilər?”

Xatırladaq ki, Lukas Hernandes Madrid “Atletiko”sunun yetirməsidir. Müdafiəçi 80 milyon avroya “Atletiko”dan “Bayern”ə keçib. Daha sonra Ernandes Münhen klubu ilə 2024-cü ilə qədər nəzərdə tutulmuş müqaviləsini yeniləməkdən imtina edib.

2023-cü ilin iyulunda Hernandes PSJ ilə müddəti 2028-ci ilə qədər nəzərdə tutulmuş uzunmüddətli müqavilə imzalayıb.

Geridə qalmış 2022/2023 mövsümündə Lukas “Bayern”in heyətində 11 oyun keçirib, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

Cari mövsümdə parislilərin heyətində keçirdiyi 3 oyunda fransız müdafiəçi 1 məhsuldar ötürmə ilə fərqlənib.

Xəbəri sosial şəbəkələrdə paylaş: