Lukas Podolski özünə yeni klub tapdı

Futbol üzrə Almaniya milli komandasının sabiq hücumçusu Lukas Podolski özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 36 yaşlı hücumçu bundan sonra Polşanın “Qurnik” (Zabje) klubunun uğurları üçün çalışacaq.

Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Podolski ilə bir illik müqavilə imzalanıb.

Lukas Podolski 2020-ci ildən Türkiyənin “Antalyaspor” klubunda çıxış edirdi. O, bu yay sözügedən klubdan azad agent kimi ayrılıb. Təcrübəli forvardı karyerası ərzində Almaniyada “Bavariya”, “Köln”, İtaliyada “İnter”, İngiltərədə “Arsenal”, Türkiyədə “Qalatasaray”ın da uğurları üçün çalışıb. Lukas Almaniya yığmasının heyətində meydana çıxdığı 130 oyunda 49 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: