Azərbaycan boksçusu Məhəmmədəli Qasımzadə Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa birinciliyinə qələbə ilə başlayıb.
Arena.az xəbər verir ki, 60 kq çəkidə mübarizə aparan millimizin üzvü 1/16 finalda Demurovi Levanla (Gürcüstan) qarşılaşıb.
Hər 3 raund həmyerlimizin qələbəsi ilə yekunlaşıb. Məhəmmədəli Qasımzadə növbəti görüşdə Cemmal Mohamed Ali Camellə (Fransa) üz-üzə gələcək. Bu döyüş aprelin 7-də baş tutacaq.
Xatırladaq ki, Azərbaycan millisi Avropa birinciliyinə 11 boksçu ilə yollanıb.


