Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Macarıstan – Azərbaycan oyununa təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Bu matç İngiltərədən olan hakimlərə tapşırılıb. Qarşılaşmanın baş hakimi FİFA referisi Kirsti Doul olacaq. Ona yan xətt hakimləri Sofi Denninqton və Rubi Saykes yardım edəcəklər. Dördüncü hakim funksiyasını isə Emil Heaslip yerinə yetirəcək.
Qeyd edək ki, B Liqasının I qrupunda çərçivəsində aprelin 5-də baş tutacaq Macarıstan – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 19:45-də start veriləcək.


