Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 19-cu tur çərçivəsində baş tutan “Lokomotiva” ilə matçın iştirakçısı olub.
Zaqreb derbisi “Dinamo”nun meydanında baş tutub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1. Mahir Emreli bu görüşün 69-cu dəqiqəsində meydana buraxılıb.
Son Xorvatiya çempionu olan “Dinamo” 19 turdan sonra 45 xalla zirvədə qərarlaşıb. Zaqreblilərin ehtiyatda təxirə salınmış bir oyunu da var.


