Mahir Emreli 27 dəqiqə oynadı, “Dinamo” xal itirdi

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 18-ci tur çərçivəsində baş tutan “Qoriça” ilə matçın iştirakçısı olub.

Zaqreb təmsilçisi bu rəqiblə doğma meydanda qarşılaşıb. “Dinamo” bu oyundan xal itkisi ilə üzləşib – 0:0. Mahir Emreli bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 18 turdan sonra 42 xalla zirvədə qərarlaşıb. Zaqreblilərin ehtiyatda təxirə salınmış bir oyunu da var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: