Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 17-ci tur çərçivəsində baş tutan “Hayduk”la matçın iştirakçısı olub.
Bu qarşılaşmada qalib müəyyənləşməyib – 0:0. Start heyətində yer alan Emrelinin 41-ci dəqiqədə fərqlənmək üçün yaxşı şansı olsa da, başla zərbəsi dəqiq alınmayıb. O, 56-cı dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra xalını 54-ə çatdıran “Dinamo” vahid liderdir.
Xatırladaq ki, bu qış fasiləsində “Dinamo”ya transfer olunan Mahir Emreli hələlik Zaqreb təmsilçisində qol hesabını aça bilməyib.


