Mahir Emreli “Trabzonspor”a qarşı bir hissə oynadı

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Türkiyə Super Liqasında mübarizə aparan “Konyaspor”da növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, sözügedən kollektiv bu gün Super Liqanın 32-ci turu çərçivəsində “Trabzonspor” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu rəqiblə doğma meydanda qarşılaşıb. Üç qolun qeydə alındığı qarşılaşma “Konyaspor”un əzmkar qələbəsi ilə başa çatıb – 2:1.

Mahir Emreli bu görüşün 46-cı dəqiqəsində meydana buraxılıb. Konya təmsilçisində bir qol vurmuş millimizin hücumçusu bu dəfə fərqlənə bilməyib. Əvəzində o, 71-ci dəqiqədə sarı vərəqə almaqla diqqət mərkəzinə düşüb.

Bu nəticədən sonra “Konyaspor” Super Liqada 19 iştirakçı arasında 45 xalla 6-cı pillədə qərarlaşıb. “Trabzonspor” da eyni xalla 7-cidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: