Mahir Emrelinin komandası ilk final görüşündən qolsuz ayrıldı

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Xorvatiya kubokunda növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən kollektiv ölkə kubokunun finalı çərçivəsində “Riyeka” ilə qarşılaşıb.

Bu komandaların ilk final görüşü “Dinamo”nun meydanında baş tutub. Tərəflər bu oyundan qolsuz ayrılıblar. Qalibin adına mayın 22-də “Riyeka”nın meydanında keçiriləcək cavab görüşündə aydınlıq gələcək.

Azərbaycanlı futbolçu bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə Xorvatiya çempionatında 4 qol və 3 məhsuldar ötürməsi olan hücumçu zədəli olduğu üçün komandasına kömək edə bilməyib. Mahir Emrelinin adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

Xatırladaq ki, Mahir Emreli “Dinamo”ya 2022-ci ilin fevral ayında Polşanın “Legiya” (Varşava) klubundan transfer olunub. O, bu komandanın heyətində bütövlükdə 45 matça çıxıb, 10 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. Karyerası ərzində “Qarabağ”, “Legiya”, “Konyaspor” və “Bakı”da da oynamış hücumçu Azərbaycan millisində keçirdiyi 46 oyunda 5 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: