“Mançester Siti” argentinalı hücumçu transfer etdi

İngiltərənin “Mançester Siti” klubu növbəti mövsüm üçün heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa nəhəngi Argentina “River Pleyt”indən Xulian Alvaresi transfer edib.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı argentinalı hücumçu ilə 5.5 illik müqavilə imzalanıb. Lakin o, mövsümün sonuna qədər icarə əsasında “River Pleyt”də oynamağa davam edəcək.

“Mançester Siti” bu transfer üçün “River Pleyt”ə 26 milyon dollar ödəyəcək. Bununla da Alvares, 2001-ci ildə “Barselona”ya satılmış Xavyer Savioladan bəri “River Pleyt”in ən bahalı oyunçusu olub.

Xulian Alvares “River Pleyt”in öz yetirməsidir. O, bu mövsüm Argentina çempionatında 20 oyuna vurduğu 18 qolla bombardir olub. Gənc futbolçu 6 məhsuldar ötürmə müəllifi də olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: