“Mançester Siti” azarkeşləri Belqradda döyülüblər

“Mançester Siti” klubu komandanın azarkeşlərinə hücumdan sonra Serbiya polisi ilə təhlükəsizlik məqsədilə əməkdaşlıq edib.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumar verir.

İngiltərə klubu azarkeşlərinin avtobuslarla “Rayko Mitiç” stadionuna getməsinə kömək edib və “Srvena Zvezda” ilə oyundan sonra insanları polis müşayiət edib.

Xatırladaq ki, bundan əvvəl Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun “Srvena Zvezda” – “Mançester Siti” oyununun (2:3) keçirildiyi Belqradda bir dəstə ingilis azarkeşin hücuma məruz qaldığı məlum olmuşdu.

Xuliqanların barlardan birində 20-yə yaxın “Siti” azarkeşini pusquya salaraq hücum etdiyi bildirilib. Naməlum maskalı şəxslər qonaq azarkeşləri dəyənəklərlə döyərək başlarına və bədəninə vurub, sonra isə hadisə yerindən qaçıblar. Zərərçəkənlərə daha sonra tibbi yardım göstərilib.

Onu da qeyd edək ki, “Srvena Zvezda” – “Mançester Siti” oyununu Əliyar Ağayevin rəhbərlik etdiyi azərbaycanlı hakimlər idarə ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: