“Mançester Siti”nin icraçı direktoru Ferran Soriano “Vest Hem”in üzvü Deklan Rays uğrunda mübarizədən kənarlaşma səbəblərini açıqlayıb.
Arena.az bu barədə “90min” portalına istinadən məlumat verir.
“Layihəmizə baxsaq, görərik ki, ilkin mərhələdə dəyişikliklərə və yatırımlara ehtiyacımız var idi. Amma indi bunlara gərək yoxdur. Son beş ildə biz böyük miqdarda pul məsrəfindən uzağıq. Ağıllı şəkildə istifadəsi gərək olar platformaya sahibik. Müqavilənin şərtləri bizi qane etmirsə, ondan imtina edirik”, deyə Soriano bildirib.
Daha əvvəl “Vest Hem”in 24 yaşlı Deklan Raysın transferi üçün çox güman ki, ən azı, 128 milyon avro istəyəcəyi təxmin edilirdi.
2022/2023 mövsümündə Deklan Rays “Vest Hem”in heyətində 50 oyuna çıxıb, 5 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Deklan Raysı 90 milyon avro məbləğində qiymətləndirir.


