“Mançester Siti” PSJ-yə ilk oyunda qalib gəldi – VİDEO

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

Arena.az xəbər verir ki, Fransa çempionu PSJ Parisdə İngiltərənin “Mançester Siti” klubu ilə münasibətlərinə aydınlıq gətirib.

Qarşılaşmanı Almaniyadan olan FİFA referisi Feliks Brixin idarə edib. Komandaların heyətində demək olar ki, ciddi itki olmadığına görə meydana optimal heyətlə çıxıblar. Matçda hesabı meydan sahibləri açıblar. Amma ikinci hissədə ardıcıl iki qol vuran Mançester təmsilçisi səfərdə əzmkar qələbəyə sevinib.

Yarımfinalın digər oyununda “Real” (İspaniya) doğma meydanda “Çelsi” (İngiltərə) ilə heç-heçəyə razılaşıb – 1:1. Cavab qarşılaşmaları 4-5 mayda keçiriləcək.

UEFA Çempionlar Liqası
Yarımfinalın ilk oyunu
28 aprel

PSJ – Mançester Siti 1:2
Qol: Markinyos, 15 – De Breyne, 64. Mahrez, 71.
Baş hakim: Feliks Brix (Almaniya).
Paris. “Park de Prens” stadionu.

PSJ: Keylor Navas, Presnel Kimpembe, Markinyos, Mitçell Bakker, Alessandro Florensi, Marko Verratti, İdrissa Quey, Leandro Paredes, Anxel Di Mariya, Neymar, Kilian Mbappe.
Ehtiyat oyunçular: Serxio Riko, Tilo Kerer, Layven Kurzava, Danilo Pereyra, Abdu Diallo, Ander Errera, Rafinya, Kolin Daqba, Yulian Draksler, Moyze Ken, Pablo Sarabiya, Mauro İkardi.
Mançester Siti: Ederson, Kayl Uolker, Ruben Dias, Con Stounz, Joao Kanselo, İlkay Gündoğan, Rodri, Fil Foden, Kevin de Breyne, Bernardo Silva, Riyad Mahrez.
Ehtiyat oyunçular: Zak Steffen, Ceyms Trafford, Natan Ake, Aleksandr Zinçenko, Emerik Laport, Benjamen Mendi, Erik Qarsiya, Fernandinyo, Ferran Torres, Rahim Sterlinq, Qabriel Jezus, Serxio Aquero.

Xəbəri sosial şəbəkələrdə paylaş: