“Mançester Siti” Qvardiol ilə müqavilə şərtlərini razılaşdırdı

“Mançester Siti” “Leypsiq”in xorvat müdafiəçisi Yoşko Qvardiol ilə müqaviləsinin şəxsi şərtlərini razılaşdırıb.

Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən xəbər verir.

Mənbənin məlumatına görə, növbəti addım klublar arasında baş tutacaq danışıqları nəzərdə tutur. “Leypsiq” müdafiə xəttinin lideri ilə ayrılmaq istəmir, amma 21 yaşlı futbolçusunu 100 milyon avroya satmağa hazırdır.

2022/2023 mövsümündə Qvardiol “Leypsiq”in heyətində 41 oyuna çıxıb, 3 qol vurub. Qvardiolun “Leypsiq”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Transfermarkt” internet-portalı Yoşko Qvardiolu 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: