“Mançester Siti” Sverre Nyupanı icarəyə verdi

İngiltərənin “Mançester Siti” klubu bu yay transfer etdiyi 18 yaşlı norveçli mərkəz yarımmüdafiəçisi Sverre Nyupanı icarəyə verib.

Arena.az xəbər verir ki, “şəhərlilər” norveçli yarımmüdafiəçini “Midlsbro”ya göndəriblər.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı oyunçu 2025/2026-cı illər mövsümünü Çempionşip təmsilçisində keçirəcək.

Xatırladaq ki, “Mançester Siti” Sverre Nyupanı ötən ay “Rusenborq”dan 15 milyon avroya transfer etmişdi. Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Sverre Nyupan “Rusenborq”un məzunudur. Yarımmüdafiəçi karyerası ərzində ancaq doğma klubu üçün çıxış edib.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Nyupan “Rusenborq” üçün 10 oyuna çıxıb, 1 qol vurub.

Nyupanın “Troll uşaqları” üçün çıxışının ümumi mənzərəsi isə 70 oyun, 14 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

Sverre Nyupan Norveçin U-15, U-16, U-17, U-18, U-19 və U-21 komandalarına cəlb edilib, əsas yığmaya isə hələ çağırış almayıb.

Nyupan futbolda hələ heç bir qənimət qazanmayıb.

“Transfermarkt” internet-portalı 18 yaşlı norveçli mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: