“Mançester Yunayted” son maliyyə ilində İngiltərə Premyer Liqasının rekordu olan 648,4 milyon funt-sterlinq gəlir əldə edib.
Arena.az bu barədə ESPN dərgisinə istinadən məlumat verir.
Mançester klubu ötən mövsüm Çempionlar Liqasında deyil, Avropa Liqasında oynamasına rəğmən, ümumi gəliri əvvəlki ilə nisbətən 11% artıb. Klub həmçinin 42,1 milyon funt-sterlinq itki verdiyini bildirib.
“Mançester Yunayted”in maaş xərcləri, heyət dəyişiklikləri və Çempionlar Liqasında iştirak etməmələri səbəbindən bu dövr ərzində 52,8 milyon funt-sterlinq azalaraq 331,4 milyon funt-sterlinqə düşüb. Klubdan ayrılan yüksək maaşlı futbolçulardan biri də Kristiano Ronaldodur.
Maliyyə hesabatında klubun sahiblərinə – Qleyzer ailəsinə və digər səhmdarlara heç bir temettü (dividend) ödənilmədiyi bildirilir.
Əvvəllər bildirilirdi ki, britaniyalı milyarder Cim Retkliff “Mançester Yunayted”in 25%-lik səhmlərini almağa yaxındır. Retklifin bundan sonra klubun idman əsasına təsir imkanı əldə etmək istədiyi də bildirilir.


