İngiltərə Premyer Liqasının “Vest Hem”lə 36-cı tur ev oyununda məğlubiyyət (0:2) “Mançester Yunayted” üçün antirekordlarla əlamətdar olub.
Arena.az “Squawka” dərgisinə istinadən məlumat verir ki, “qırmızı şeytanlar” iki antirekorda imza atıblar.
Birincisi, “Mançester Yunated” son 51 il ərzində ilk dəfə olaraq İngiltərə çempionatlarında 17 oyunda məğlub olub.
İkincisi, “qırmızı şeytanlar” yeni əsrdə ilk dəfə olaraq ardıcıl 7 oyunda qalib gələ bilməyiblər. İlk müvafiq hal 1992-ci ildə yaşanmışdı.
Əlavə edək ki, “çəkicdöyənlər”ə məğlubiyyətlə “Mançester Yunayted” daha bir antirekordunu təkrarlayb.
“Opta Sports” statistik internet-portalının məlumatına görə, “Old Trafford”da yaşanmış bu məğlubiyyət, Premyer Liqanın cari mövsümündə ev oyunlarında “qırmızı şeytanlar”ın üzləşdiyi 9-cu məğlubiyyətdir. Buna qədər müvafiq uğursuzluq 1930/1931-ci, 1933/1934-cü və 1962/1963-cü illər mövsümlərində yaşanmışdı. Göründüyü kimi, evdə daha bir oyunda məğlubiyyətlə “Mançester Yunayted” mütləq antrekorda imza ata bilər. Belə gedişlə, müvafiq antirekord Premyer Liqanın 38-ci turunda “Aston Villa” ilə oyuna da təsadüf edə bilər.
36 oyundan topladığı 39 xalla “Mançester Yunayted” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Premyer Liqaya, cari mövsümün çempionluğunu erkən surətdə təmin etmiş, 83 xalla “Liverpul” başçılıq edir.


