“Mançester Yunayted”də Markus Raşford şoku

Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Mançester Yunayted” klubunun hücumçusu Markus Raşford zədələnib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə bilidilir ki, Raşford İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri oyunda xəsarət alıb. 25 yaşlı hücumçunun əzələsində problem yaranıb. Bu üzdən də forvard qarşıdakı bir neçə matçda komandasına kömək edə bilməyəcək. O, Avropa Liqasının 1/4 final mərhələsində İspaniyanın “Sevilya” komandasına qarşı keçirəcəkləri ilk oyunu da buraxacaq.

Xatırladaq ki, “Mançester Yunayted” – “Sevilya” matçı sabah İngiltərədə baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

“Mançester Yunayted”in öz yetirməsi olan Markus Raşford bu komandanın heyətində indiyə qədər meydana çıxdığı 350 oyunda 121 qol vurub, 67 məhsuldar ötürmə edib. O, İngiltərə milli komandasında da 51 matça çıxıb, 15 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: