Markus Raşford

“Mançester Yunayted”də Markus Raşford şoku

İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Markus Raşford sıradan çıxıb.

Arena.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

İngilis futbolçu Premyer Liqanın 27-ci turunun “Mançester Siti” ilə səfər matçında zədələnib. Raşford bu gün tibbi müayinədən keçəcək və onun nə qədər müddətə yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşəcək.

Qeyd edək ki, “Mançester Yunayted” səfərdə “Mançester Siti”yə 2:0 hesabıyla qalib gəlib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: