“Mançester Yunayted”də Ten Haqa şübhə edən futbolçular var

“Mançester Yunayted”in futbolçularında komandanın holland baş məşqçisi Erik ten Haqın iş üsullarına şübhələr artıb.

Arena.az bu barədə “Manchester Evening News” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, üstəlik, futbolçular bir-birindən narazılıq nümayiş etdirməyə başlayırlar. Nəşr bu məlumatı “qırmızı şeytanlar”ın heyətində olan mənbələrindən əldə etdiyini bildirib.

Mançester klubunun bəzi oyunçuları hesab edirlər ki, Ten Haq bəzi oyunçuları müdafiə edərkən, açıq şəkildə olmasa da digərlərini tənqid etməyə meyllidir.

Erik ten Haq Mançester təmsilçisini 2022-ci ilin iyulundan çalışdırır. 53 yaşlı holland mütəxəssisin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Geridə qalmış 2022/2023 mövsümündə Ten Haq “qırmızı şeytanlar”a İngiltərə Liqa Kubokunu qazandırıb.

Erik Ten Haq “Mançester Yunayted”in sükanı arxasında 77 oyunda 49 qələbə qazanıb, 20 oyunda məğlub olub, 8 oyundan isə sülhlə ayrılıb.

Vurğulayaq ki, “Mançester Yunayted”in işləri heç də qaydasında getmir və mankunianlar mübarizə apardığı bütün cəbhələrdə mövsümöncəsi gözləntilərin əksinə olaraq, uğursuzluğa düçar olublar. “Qırmızı şeytanlar” 2023/2024 mövsümünün ilk 15 oyunundan 8-də məğlubiyyət alıblar. Komandanın bərbad nəticələri tarixi uğursuzluq rekordları ilə müşayiət edilir.

İngiltərə nəhəngi Premyer Liqada 10 turdan sonra 15 xalla 8-ci pillədədir. “Qırmızı şeytanlar” Çempionlar Liqasında 3 turdan sonra 3 xalla qrupda 3-cü yerdə yerdə qərarlaşıblar. İngiltərə Liqa Kubokunda “Nyukasl” “Old Trafford” “Mançester Yunayted”in 3:0 hesabı ilə əzişdirərək mübaridən kənarlaşdırıb.

Buna qədər “Mançester Siti” Premyer Liqa çərçivəsində derbidə “qırmızı şeytanlar”ı 3:0 hesabılı ağlar qoymuşdu. İngiltərə Kuboku uğrunda mübarizə isə hələ qarşıdadır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: