“Çelsi”nin baş məşqçisi Entso Mareska İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Siti”yə qarşı keçirdikləri oyunu (1:3) şərh edib.
Arena.az “Sky Sports” dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Oyun bizim üçün çox yaxşı başladı. Biz ilk qolu vurduq, ikincisini isə iki və ya üç dəfə vura bilərdik. Onda oyun tamamilə dəyişərdi. Ancaq biz qol buraxdıq.
Komanda yüksəkdə idi, amma birinci hissənin son dəqiqələrində qol buraxdıq. Qapımıza vurulmuş ikinci qol isə oyunun gedişatını dəyişdi…
Biz ütün oyunçularla söhbət aparmağa çalışırıq. Tərəqqiyə nail oluruq. Bir və ya iki ay əvvəlki ilə müqayisədə indi biz daha yaxşı olmuşuq. Bu məqamlar bizi daha da yaxşı edəcək”, deyə Mareska məğlubiyyətə rəğmən, nikbinliyini itirmədiyini başa düşməyə əsas verib.
Keçirdiyi 23 oyunda 40 xal toplamış “Çelsi” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb. “Mançester Siti” isə 41 xalla 4-cü pillədədir.


