Futbol üzrə Almaniya millisinin futbolçusu Mario Götze özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 30 yaşlı hücumameylli yarımmüdafiəçi bundan sonrakı karyerasını vətənində davam etdirəcək.
Belə ki, o, Bundesliqa təmsilçisi “Ayntraxt”a keçib. Təcrübəli vinger Frankfurt təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb. Onun yeni komandasındakı illik qazancının 4 milyon avro olacağı bildirilir.
Xatırladaq ki, Mario Götze son iki mövsümü Niderlandın PSV komandasında keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 77 oyunda 18 qolla yadda qalıb. Yarımmüdafiəçi karyerasının böyük hissəsini yetirməsi olduğu Dortmund “Borussiya”sında keçirib. O, 3 il ölkəsinin ən titullu klubu olan “Bayern”də də forma geyinib. Almaniya millisində 63 matça çıxan futbolçu, bu görüşlərdə 17 qola imza atıb.


