Mark Overmars cinsi üzvünü nümayiş etdirdiyi üçün cəzalandı

“Ayaks”ın sabiq texniki direktoru Mark Overmars Niderlandın İdman Hüququ İnstitutu (ISR) tərəfindən 2 il müddətinə futboldan kənarlaşdırılıb.

Arena.az bu barədə “De Telegraaf” nəşrinə istinadən məlumat verir.

Xatırladaq ki, Overmars hazırda Belçikanın “Antverpen” klubunda texniki direktor vəzifəsində çalışır. 2 illik cəzanın 1 ili şərti xüsusiyyət daşıyır. Overmarsın etdiyi qələt isə abır-həyadan uzaq bir əməldir – Mark öz cinsiyyət üzvünün şəklini “Ayaks” klubunun qadın əməkdaşlarından birinə göndərib.

Mənbənin məlumatına görə, kənarlaşdırılma dedikdə, Overmarsın 1 il ərzində Niderland Kral Futbol İttifaqı (KNVB) və qurumla əlaqəli təşkilatlarda heç bir vəzifə tutmasına icazə verilməməsi deməkdir. Sınaq müddəti isə 2 ildir.

Vurğulayaq ki, ISR Cümə axşamı dərc etyi qərarında şikayəti sübut edilmiş hesab edir. Overmarsa qarşı şikayətin müəllifi 3 il yarımdan artıq müddətdə Markın 300 səhifədən çox yazışmasını sosial şəbəkələr vasitəsilə təqdim edib və bu yazışmalar mütəxəssis tərəfindən araşdırılıb. “Bu ismarışların böyük əksəriyyəti seksual xüsusiyyət daşıyır və birtərəfli şəkildə çox açıq-saçıq materiallardan ibarətdir”, – İntizam Komitəsi əxlaqdan uzaq məsələ ilə bağlı təfərrüatı qısaca şərhlə kifayətlənib.

Bundan əlavə, ISR hökm çıxararkən işin geniş ictimaiyyətə çatdırıldığını və nəticədə Overmarsın zərər gördüyünü də nəzərə alıb. Zərərçəkmişin də qərara etiraz etmək imkanı var. Overmarsın cari klubu və işəgötürəni Belçika “Antverpen”i hələ ISR hökmünə rəsmi cavabını verməyib.

Xatırladaq ki, 2022-ci il fevralın 7-də “Ayaks”ın idman direktoru Mark Overmars klubun qadın əməkdaşlarından birinə internetdə təzyiq göstərməsi ilə bağlı xəbərin üzə çıxmasından sonra, tutduğu vəzifəsindən istefa vermişdi. Overmars həmkarına cinsiyyət üzvünün fotoşəkilini göndərmək də daxil olmaqla, bir sıra seksual xüsusiyyətli ismarışlar da ünvanlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: