Markus Raşford “Rolls-Roys”la avtoqəza keçirdi – Video

“Mançester Yunayted”in ingilis sol cinah vingeri Markus Raşford yol qəzasına düşüb və nəticədə avtomobili sıradan çıxıb.

Arena.az bu barədə “The Sun” nəşrinə istinadən məlumat verir.

Qəza nəticəsində Raşfordun 700 min funt-sterlinq məbləğində olan “Rolls-Roys” markalı maşını dağılıb.

Mənbənin məlumatına görə, qəza Raşfordun avtomobillə klubun məşq bazasından çıxarkən baş verib. İdarəetməni itirmiş Markus Raşford bahalı maşınını əzib. Futbolçu qəza nəticəsində sarsıntı keçirsə də, xəsarət almayıb. Polis dərhal hadisə yerinə gəlib. Hadisə nəticəsində həbsə alınan olmayıb.

Vurğulayaq ki, “qırmızı şeytanlar”ın kapitanı Bruno Fernandes Raşfordun qəza yerini aşkar edəndə, dayanıb və həmklubuna köməyini təklif edib.

Polis zədəli “Rolls-Roys”u qəza yerindən təxliyə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: