“Zirə”nin braziliyalı cinah hücumçusu Martins Junior Kambocanın “Prexxanrit Svayrinq” klubuna transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə qəsəbə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə 26 yaşlı futbolçunun keçidi ilə bağlı tərəflər arasında razılığa gəlindiyi qeyd olunub. “Zirə”nin bu transferdən nə qədər qazandığı, Martinsin yeni klubu ilə neçə illik razılığa gəldiyi hələ məlum deyil.
Xatırladaq ki, Martins Junior 2024-cü ilin yayından formasını geyindiyi “Zirə”nin heyətində 69 oyun keçirib, 10 qol və 10 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə ölkəmizdə “Kəpəz”in də uğurları üçün çalışıb, Gəncə klubunda 52 oyuna 11 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Zirə” bu yay Ceyhun Nuriyev, Stefan Akka, Eldar Quliyev, Leroy Mikels, Rüfət Abdullazadə, Tyaqo Silva, Anatoli Nuriyev, Ayron Qomis, Rövlan Muradov, Fuad Bayramov, Brahim Konate, Əkbər Eyyubov və Namiq Ələsgərovla da yollarını ayırıb.
Gedənlərin əvəzində Amin Seydiyev, Maykon Kleyton, Ayxan Hüseynov, Vieyrinya, Hüseynəli Quliyev, Kris Diqbeu, Dameyn Smit və Lue Bayere heyətə cəlb ediliblər.
Eren Aydın, Davit Volkov, Aydın Bayramov Elçin Əlicanov, Enrike Kustodio və Qismət Alıyevlə də yeni müqavilə imzalanıb.


