“Zirə”nin yeni transferi, braziliyalı sol vinger Martins Junior yeni komandasına keçidi ilə bağlı paylaşım edib.
Arena.az xəbər verir ki, braziliyalı futbolçu “İnstagram”dakı hesabında bunları qeyd edib:
“Karyeramdakı bu keçidə görə çox xoşbəxtəm və motivasiyalıyam. Birincisi Allaha, ikincisi isə fürsət verildiyi üçün “Zirə”yə təşəkkür etmək istəyirəm. Hədəflərimizin arxasınca gedəcəyik. Allaha şükür edirəm”.
Xatırladaq ki, “Kəpəz”dən transfer edilmiş Martins “Zirə” ilə 3 illik müqavilə imzalayıb.
Martins Junior 2023-cü ilin yanvar ayından Gəncə komandasında oynayırdı. Orta xətt oyunçusu ötən mövsüm çempionatda 32 matçda 8 qol vurub və 5 assist edib. Juniorun “Kəpəz” karyerası bütövlükdə 52 oyun, 11 qol və 7 məhsuldar ötürmədən ibarətdir.
Junior karyerası ərzində ölkəsinin ABC, “Palmeyras”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında da çıxış edib.


