İngiltərə çempionu “Mançester Siti” “Çelsi”nin xorvat mərkəz yarımmüdafiəçisi Mateo Kovaçiç transferini rəsmən yekunlaşdırıb.
Arena.az bu barədə Mançester klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Mənbənin məlumatına görə “şəhərlilər” “zadəganlar”a bonuslar istisna olmaqla, təxminən 30 milyon avro ödəyiblər. Kovaçiçin müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub. Yarımmüdafiəçi yeni komandasında 8 nömrəli formanı geyinəcək.
29 yaşlı Kovaçiç beş mövsüm ərzində “Çelsi”nin heyətində 221 oyuna çıxıb, 6 qol vurub, 15 məhsuldar ötürmə verib. Kovaçiç “zadəganlar”la UEFA Çempionlar Liqasının, Avropa Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub. Bunlarla yanaşı, 2019/2020 mövsümündə Mateo Kovaçiç “Çelsi”nin ən yaxşı oyunçusu seçilib.
Kovaçiç Xorvatiya yığmasının heyətində 95 oyun keçirib, 5 qol vurub. O, milli komanda ilə 2018-ci ildə Rusiyada keçirmiş dünya çempionatında bürünc medal qazanıb.
Kovaçiç Zaqreb “Dinamo”sunun yetirməsidir. Xorvat yarımmüdafiəçi daha əvvəl Milan “İnter”ində və Madrid “Real”ında forma geyinib.
“Transfermarkt” internet-portalı Kovaçiçi 38 milyon avro məbləğində qiymətləndirir.


