Maurisio Poçettino “Vest Hem”ə məğlubiyyəti şərh etdi

“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 2-ci turu çərivəsində səfərdə “Vest Hem”ə 1:3 hesabı məğlubiyyəti şərh edib.

Arena.az bu barədə London klubunun rəsmi saytına istinadən məlumat verir:

“Nəticələrin məhsuldarlığa uyğun gəlməməsi narahatlıq doğurur. Oyunun əvvəlində bir az məyus oldum, çünki bir neçə imkanı əldən verdik. Biz “Vest Hem”in nə qədər təhlükəli olduğunu bilirdik və onlara qol vurmaq imkanı verdik. İkinci hissəyə əvəzetmədən sonra oyun üsubu tapmağa çalışmaqla, gec kökləndik. “Vest Hem” ikinci qolu vurdu ki, bu da onlara nəticəyə həqiqətən inanmağa kömək etdi. Bizim üçün bunlar hədsiz tələsdiyimiz vəziyyətlər idi. Bizə daha səbrli olmaq gərəkdir. Buna görə mən məyusam, amma proses belədir. Məğlubiyyəti qəbul edib işləməyə davam etməliyik. Yəqin, komandada işlər yaxşılaşanda biz qalib gələcəyik”, deyə Maurisio Poçettino inamla bildirib.

Hazırda 2-ci tura yekun vurulmayıb və “Çelsi” 1 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. 2-ci turun başa çatması ilə “Çelsi”nin daha da yuvarlanıb mövqe itirməsi mümkündür.

“Zadəganlar” avqustun 25-də 3-cü tur çərçivəsində “Luton Taun”la qarşılaşacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: