Mehmet Topal karyerasını başa vurdu

Futbol üzrə Türkiyə milli komandasının sabiq yarımmüdafiəçisi Mehmet Topal karyerasını başa vurub. Arena.az xəbər verir ki, o, 36 yaşında futbolla vidalaşdığını açıqlayıb:

“20 yıl önce Malatya’dan çıktığım yolda yaşanmışlıklarının gururu ile futbolcu Mehmet olarak son kez karşınızdayım. Çocukluk aşkım, yaşam kaynağım, tutkum olan futbol hayatım boyunca tarifsiz nice gururlar yaşadım. Yeri geldi mutluluğumu tarif edemedim, yeri geldi üzüntümü belli edemedim. Çok kıymetli insanlarla çalıştım, çok kıymetli insanlar tanıdım. Çok da yıprandım, kırıldım. Ama futbola olan sevdam, hepsinin üstündeki profesyonelliğim ile kimseyi kırmadan, saygısızlık etmeden bugünlere geldim. En azından böyle umut ediyorum.

Ben Mehmet Topal, yıllarca beni bağrına basan tüm taraftarlara, çalıştığım tüm kulüplerdeki baştan sona emek veren herkese, tüm başkanlarıma, tüm hocalarıma, benimle yürüyen tüm takım arkadaşlarıma, bizler için emek harcayan tüm medya mensuplarına, her daim yanımda olan aileme, dostlarıma binlerce kez teşekkür ederim. Hepiniz hakkınızı helal edin. Bambaşka bir serüvenin ilk adımını atmaya giderken hepinizin huzurunda saygı ile eğiliyorum. Hoşçakalın”.

Mehmet Topal peşəkar karyerasına “Dardanelspor”da başlayıb. O, 2006-2010-cu illər aralığında “Qalatasaray”da oynayıb. Yarımmüdafiəçi 2010-2012-ci illərdə İspaniya “Valensiya”sında legioner həyatı yaşayıb. 2012-ci ildə Türkiyəyə qayıdan futbolçu, “Fənərbaxça”ya keçib. 2019-cu ilə qədər bu klubun uğurları üçün çalışan Mehmet, 2019-2021-ci illər aralığında da “Başakşəhər”də oynayıb. Ötən mövsümün əvvəlində isə o, “Beşiktaş”la 1 illik müqavilə bağlamışdı.

Topal Türkiyə millisində 81 oyun keçirib, 2 qol vurub. O, 2008-ci ildə Türkiyə yığmasıyla Avropa çempionatında bürünc medal qazanıb. Mehmet “Beşiktaş”dan başqa digər İstanbul təmsilçiləriylə ölkə çempionu olub. Bununla da yarımmüdafiəçi Türkiyədə üç fərqli komanda ilə çempionluq sevinci yaşamış ilk futbolçuya çevrilib.

Türkiyəli oyunçunun avrokuboklarda da iki rekordu var. Belə ki, avrokuboklarda 104 oyun keçirmiş Mehmet, bu baxımdan rekordçudur. Onu 101 oyun keçirmiş Bülənt Qorxmaz və 99 oyuna çıxmış Emre Belözoğlu izləyir. Topal həm də “Qalatasaray”, “Valensiya, “Başakşəhər” və “Beşiktaş”la Çempionlar Liqasının iştirakçısı olub. Bununla da o, dörd fərqli klubla ÇL həyəcanı yaşamış ilk türk oyunçuya çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaş: