La Liqanın 23-cü turu çərçivəsində evdə “Real Sosyedad”la oyun (0:0) “Jirona”nın baş məşqçisi Miçel Anxel üçün xoşagəlməz başa çatıb.
Arena.az məlumat verir ki, “Jirona”nın baş məşqçisi Miçel Anxel oyunun 89-cu dəqiqəsində qeyri-idman davaranışı müqabilində birbaşa qırmızı vərəqə ilə cəzalanıb.
Beləliklə ispan mütəxəssis fevralın 10-da komandasının La Liqanın 24-cü turunda “Real”la səfər oyununu texniki zonadan kənarda izləməli olcaq. Bu turun mərkəzi oyunu çərçivəsində çempionluğa iddia edən “Jirona” üçün çox çətin məqamdır.
Hazırda “Real” La Liqada keçirdiyi 22 oyundan 57 xalla turnir cədvəlinə başçılıq edir. “Jirona” isə 23 oyundan 56 xalla 2-ci pillədə qərarlaşıb.


