“Arsenal”ın baş məşqçisi Mikel Arteta zədəli Bukayo Saka və Rahim Sterlinqin yoxluğu ilə bağlı “topçular”ın oyun mənzərəsini şərh edib.
Arena.az “Arsenal”ın mətbuat xidmətinə istinadən məlumat verir ki, ispan mütəxəssis “topçular”ın hücumunda nələrin dəyişəcəyinə aydınlıq gətirib:
“Bu, həmişə vacibdir, çünki Bukayonun iştirakı ilə olduğu kimi, bu, hər oyunda üç və ya dörd qol vuracağımız demək deyil. Buna görə də biz komandaya güvənməliyik. Bu, bizim ən böyük gücümüzdür. 25 və ya 30 qol vurmaq üçün heç vaxt kiməsə güvənmirik və hələ də çox rəqabətəqadir olmağı bacarırıq və bunu icra etməyə davam edəcəyik”, deyə Mikel Arteta vurğulayıb.
Xatırladaq ki, Sakanın zədəsi futbolçuya cərrahi əməliyya bahasına başa gəlib və ilkin təxmindlərə görə futbolçu iki aydan artıq müddətə sıradan çıxıb. Rahim Sterlinqin diz zədəsi isə futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalması ilə nəticələnib.
İngiltərə Premyer Liqasının 18 oyunundan 36 xalla “topçular” yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıblar.


