Mikel Arteta: “Hər həftə qələbə qazanmaq çətindir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta futbol üzrə İngiltərə Premyer Liqasında nəticə qaznamağın çətin olduğu qənaətindədir.

Arena.az ispan mütəxəssisin müvafiq qənaətini təqdim edir:

“Hər həftə qələbə qazanmaq çətindir. Bu il Liqa çox güclüdür”, deyə Arteta vurğulayıb.

Mikel Arteta “topçular”a təzyiqlə bağlı sualı da cavablayıb:

“İngiltərə çempionluğu uğrunda mübarizəmizlə bağlı söz-söhbətdən doğan təzyiq? Belə şeylərə vaxtımız yoxdur. Biz oyunlar və məşqlərimizlə məşğuluq”, deyə Arteta vurğulayıb.

Yeri gəlmişkən, “Mançester Yunayted”in əfsanəsi, ingilis keçmiş müdafiəçi Qari Nevill cari mövsümdə İngiltərə Premyer Liqasının qalibi ola biləcək komanda ilə bağlı qənaətini açıqlayıb:

“Mançester Siti”? Bu dəfə yox. Hazırda ən yaxşı komanda London “Arsenal”ıdır. “Topçular”ın futbolu sabit və etibarlıdır”, deyə Nevill vurğulayıb.

Xatırladaq ki, “Arsenal” İngiltərə Premyer Liqasının cari mövsümündə 27 oyuna topladığı 58 xalla vahid liderdir. London təmsilçisi 17 qələbə qazanıb, 7 heç-heçə və 3 məğlubiyyət görüb. “Mançester Siti” 53 xalla ikinci, “Aston Villa” 50 xalla üçüncüdür.

Xəbəri sosial şəbəkələrdə paylaş: