Mikel Arteta: “Xosep Qvardiola dahidir”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə çempionu “Mançester Siti”ni çalışdıran həmkarı Xosep Qvardiola ilə münasibəti haqda danışıb.

Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.

“Xosep ən yaxşıdırmı? Heç şübhəsiz. O, bütün meyarlarda ən yaxşısıdır: paltardəyişmə otağını idarə etməkdə, fikirlərini çatdırmaq bacarığında, start fitindən əvvəl və oyunun gedişində qərarlar verməkdə. Xosep dahidir.

“Mançester Siti” Qvardiolanın ən yaxşı komandasıdırmı? Müqayisə etmək ədalətsizlik olardı. Onun komandalarının hər birinin özünəməxsus cazibəsi vardı və bu “Siti” də misilsizdir. Sözsüz ki, bu klubu izləmək xoşdur. Bundan əlavə, Xosep kubokları qazanmağı bacarır.

Mənim onunla münasibətim necədir? Əla. Bir neçə gün əvvəl biz Xoseplə danışdıq. Bununla belə, hər birimiz qalib gəlməyi sevirik. Ancaq oyundan bir gün sonra zəng edə və ya anlaşa bilərik. Bu, həmişə belə olacaq”.

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 2022/2023 mövsümündə Mikel Artetanın çalışdırdığı “Arsenal” Xosep Qvardiolanın “Mançester Siti”si ilə çempionluq mübarizəsində məğlub olaraq “gümüş”lə kifayətlənib – “şəhərlilər” 89, “topçular” 84 xal toplayıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: