Futbol üzrə Fransa çempionatında 23-cü turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.
“Sent-Etyen” “Monpelye”ni qəbul edib və inamlı qələbəyə sevinib. Lion “Olimpik”i isə çətin “Monako” səfərindən xalsız dönüb.
Turun mərkəzi görüşündə “Lill” doğma meydanda PSJ ilə üz-üzə gələcək.
Fransa Liqa 1
23-cü tur
4 fevral
Olimpik (Marsel) – Anje 5:2
Qol: Milik, 18; 70; 78. Jerson, 21. C.Ündər, 85 – Fulgini, 8. Bentaleb, 11.
5 fevral
Sent-Etyen – Monpelye 3:1
Qol: Hamuma, 82. Nordin, 90. Xazri, 90+2 – Vahi, 11.
Monako – Olimpik (Lion) 2:0
Qol: Lukas, 2. Ben Yedder, 27.
6 fevral
16:00. Loryan – Lans
18:00. Nitsa – Klermon
18:00. Reyms – Bordo
18:00. Strasburq – Nant
18:00. Trua – Mets
20:00. Renn – Brest
23:45. Lill – PSJ


