“Monako”nu 1/4 finala buraxmadılar – Fransa Kubokunda

Bu gün futbol üzrə Fransa Kubokunda 2023/2024-cü il mövsümünün 1/8 final mərhələsinin sonuncu qarşılaşmaları keçirilib.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir matç baş tutub.

“Ruan” və “Monako” arasındakı oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Ruan” gözlənilməz şəkildə “Monako”nu kubokdan kənarlaşdırıb.

Xatırladaq ki, daha öncə Lion “Olimpik”i, “Le Pyui”, “Strasburq”, PSJ, “Nitsa”, “Valansyen” və “Renn” də Fransa Kubokunda 1/4 finala çıxmışdılar.

Fransa Kuboku
1/8 final
6 fevral

Soşo – Renn 1:6
Qollar: Viltar, 65-pen – Quiri, 24; 47. Salah, 29. Kalimuendo, 35; 41. Buriqe, 81.

7 fevral

Olimpik (Lion) – Lill 2:1
Qollar: Orban, 40. Çerki, 47 – Aleksandro, 53.

Le Pyui – Laval 2:1
Qollar: Meyer, 25; 90+4-pen – Tçokunte, 85.

Monpelye – Nitsa 1:4
Qollar: Sanyan, 85 – Ndayişimiye, 29. Luçe, 37. Ço, 39. Klod-Mauris, 62.

Sen Priest – Valansyen 1:2
Qollar: Benhmida, 40-pen – Yunq, 31. Dukure, 80.

Strasburq – Havr 3:1
Qollar: Bakva, 21. Emeqa, 36. Senaya, 90 – Ayyu, 30.

PSJ – Brest 3:1
Qollar: Mbappe, 34. D.Pereyra, 37. Q.Ramos, 90+2 – Munye, 65.

8 fevral

Ruan – Monako 1:1 (penaltilər 6:5)
Qollar: Bassin, 45+5 – Baloqun, 35-pen.

Xəbəri sosial şəbəkələrdə paylaş: