“Monpelye” baş məşqçisini qovdu

Fransanın “Monpelye” klubu baş məşqçi Olivye Dallolyo ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Fransadan olan 58 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Belə ki, “Monpelye” bu mövsüm 11 oyuna cəmi 4 qələbə qazanıb, 7 məğlubiyyətlə üzləşib. Son olaraq “Lans”a 0:1 hesabıyla uduzmuş komanda 12 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Olivye Dallolyo 2021-ci ilin iyun ayından “Monpelye”yə rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 52 oyuna çıxarıb. Liqa 1 təmsilçisi bu görüşlərdə 18 qələbə qazanıb, 8 heç-heçə edib və 26 məğlubiyyətə üzülüb.

Xəbəri sosial şəbəkələrdə paylaş: