Motta “Komo” üzərində böyükhesablı qələbəni şərh etdi

“Yuventus”un baş məşqçisi Tyaqo Motto İtaliya A Seriyasının 1-ci turunda “Komo” üzərində 3:0 hesablı ev qələbəsini şərh edib.

Arena.az DAZN portalına istinadən, italiyalı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim Mbanqula (ilk qolun müəllifi, belçikalı sol vinger Samuel Mbanqula – redaktorun qeydi) haqqında öncədən xoş duyğularım vardı. Mən təkcə ondan deyil, hamıdan böyük təsis gözləyirəm. O, bu gün oynadı, çünki bütün əməyi ilə buna layiq idi. Onun üçün şadam, biz isə yaxşı komanda futbolu nümayiş etdirdik.

“Komo” B Seriyasında əla mövsüm keçirib və böyük qələbə həvəsi ilə gəlmişdi. Biz ona həmişə olduğu kimi hörmətlə yanaşdıq. Müdafiəyə ehtiyacımız olanda bunu etdik, topa sahib olduğumuz zaman isə ağıllı qərarlar verən çoxlu bacarıqlı oyunçularımız vardı”, deyə Motta qələbəsini əsaslandırıb.

1-ci turdan sonra “Yuventus” 3 xalla İtaliya A Seriyasının yarış cədvəlində liderlər dəstəsində 3-cü pillədə qərarlaşıb. Xalsız “Komo” isə 19-cu pillədədir. Yarış cədvəlinə 1-ci turda “Leççe”ni 4:0 hesabı ilə məğlub edərək 3 xal qazanmış “Atalanta” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: