Mourinyo rəsmən Madrid “Atletiko”sunda!

Uruqvayın “Rasinq” (Montevideo) klubunun mərkəz müdafiəçisi Santyaqo Mourinyo Madrid “Atletiko”suna transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

Uruqvaydan olan 21 yaşlı futbolçu ilə 5 illik (2028-ci ilin 30 iyununa kimi) müqavilə imzalanıb. “Atletiko” bu transfer üçün “Rasinq”ə 2,7 milyon avro ödəyib.

Santyaqo Mourinyo “Rasinq”in öz yetirməsidir. O, Montevideo klubunun əsas komandasında 31 oyun keçirib.

“Atletiko” Uruqvaydan olan digər futbolçusu Xuan Manuel Sanabriya ilə də yollarını ayırıb. 23 yaşlı yarımmüdafiəçi Meksikanın “Atletiko” (San Luis) klubuna transfer olunub. Transferin, eləcə də futbolçunun yeni klubu ilə müqaviləsinin detalları açıqlanmır.

Madrid “Atletiko”su Xuan Manuel Sanabriyanı 2018-ci ildə “Nasional”dan transfer etmişdi. O, paytaxt klubunun əsas komandasında cəmi 1 oyun keçirib. Yarımmüdafiəçi “Saraqosa” və San Luis “Atletiko”sunda icarədə də olub. O, Uruqvayın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

Xatırladaq ki, “Atletiko” son iki gündə Türkiyə millisinin mərkəz müdafiəçisi Çağlar Söyüncü (“Lester Siti”dən) və İspaniya yığmasının sağ cinah müdafiəçisi Sesar Aspilikuetanı (“Çelsi”dən) da heyətinə qatmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: