Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2022/2023 mövsümünün yarımfinal mərhələsinə start verilib. Arena.az xəbər verir ki, bu gün ilk finalçı müəyyənləşib.
Birinci yarımfinal görüşü “Mançester Siti” ilə Çempionşip təmsilçisi “Şeffild Yunayted” arasında baş tutub. “Şəhərlilər” bu oyunda darmadağına seviniblər – 3:0. Nəticədə sözügedən komanda ilk finalçı olub.
Yeri gəlmişkən, “Mançester Siti” bu mövsüm İngiltərə Federasiya Kubokunda qol buraxmadan finala yüksəlib. Sözügedən komanda kubok çərçivəsində bu mövsüm keçirdiyi əvvəlki oyunlarda da “quru” hesablarla qalib gəlmişdi. Bunu sonuncu dəfə 1965/66 mövsümündə “Everton” bacarmışdı.
İkinci yarımfinal görüşü sabah – aprelin 23-də “Mançester Yunayted” ilə “Brayton” arasında baş tutacaq.
Xatırladaq ki, kubokun sonuncu qalibi “Liverpul”dur. Onlar ötən mövsüm finalda “Çelsi”ni məğlub edərək İngiltərə Federasiya Kubokunu qazanmışdılar. “Mançester Siti” isə sonuncu dəfə bu turnirin final mərhələsində 2019-cu ildə oynayıb. Həmin il onlar bu kubokun sahibi olmuşdular.
İngiltərə Federasiya Kuboku
Yarımfinal
22 aprel
Mançester Siti – Şeffild Yunayted 3:0
Qol: Mahrez, 43; 61; 66.
23 aprel
19:30. Brayton – Mançester Yunayted


