MS təqvim ilini Avropanın ən yaxşı klubu kimi tamamladı

UEFA rəsmi saytında cari 2023/2024 mövsümündə Avropanın ən yaxşı klublarının reytinq cədvəlini təqdim edib.

Arena.az məlumat verir ki, reytinq cədvəlinə Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun hazırkı qalibi, İngiltərənin cari çempionu “Mançester Siti” başçılıq edir.

Almaniya nəhəngi “Bayern” 2-ci, “Kral Klubu” “Real” isə 3-cü yerdə qərarlaşıb.

UEFA-nın cari reytinqinə əsasən, Avropanın ən yaxşı 10 klubunu təqdim edirik:

  1. “Mançester Siti” (İngiltərə);
  2. “Bayern” (Almaniya);
  3. “Real” (İspaniya);
  4. PSJ (Fransa);
  5. “Liverpul” (İngiltərə);
  6. “İnter” (İtaliya);
  7. “Leypsiq” (Almaniya);
  8. “Çelsi” (İngiltərə);
  9. “Mançester Yunayted” (İngiltərə);
  10. “Roma” (İtaliya).

Vurğulayaq ki, “Mançester Siti” ardıcıl ikinci dəfə UEFA reytinqində ən yaxşı klub olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: