MY azarkeşlərindən Qleyzerlər ailəsinə xəbərdarlıq

Qleyzerlər ailəsinə “Mançester Yunayted”i satmayacağı halda, azarkeşlərin kütləvi mənfi münasibəti ilə üzləşəcəyi haqda xəbərdarlıq edilib.

Arena.az xəbər verir ki, bu barədə ESPN xüsusi mənbələrdən alınmış məlumata istinad edir.

Klubun amerikan sahibləri keçən ilin noyabrında azlıq sərmayəsi götürmək və ya “Mançester Yunayted”i tamamilə satmaq variantı da daxil olmaqla, “strateji alternativləri nəzərdən keçirəcəklərini” elan etmişdilər.

Qətərli iş adamı Şeyx Cassim və britaniyalı Cim Retkliffin rəhbərlik etdiyi INEOS qrupu imkanlı alıcılar qismində klubu almağa iddialıdırlar. Amma Qleyzerlər ailəsi növbəti addımları barədə hələ qərar verməyib.

Həmsədrlər Coel və Avram Qleyzer “Mançester Yunayted”in səhmlərindən imtina etməkdən ən çox çəkinənlərdir. “Qırmızı şeytanlar”ın azarkeşləri Qleyzerlər ailəsindən olan təmsilçilərin klubun sahibləri olaraq qalacağından ehtiyatlanırlar. Məsələ burasındadır ki, 2005-ci ildə Qleyzerlərin gəlişindən bəri, ailə “Mançester Yunayted”in azarkeşləri arasında son dərəcədə qeyri-populyardır.

Bu məsələnin müzakirəsi zamanı Qleyzerlərdən, hər hansı surətdə klubda qalmaq niyyətlərini açıqlayacaqları halda, azarkeşlərlə hətta mümkün qarşıdurma ehtimalını nəzərdən keçirmələri xahiş edilib. Azarkeşlər əvvəllər də mütəmadi olaraq sahiblərinə etiraz ediblər. 2021-ci ilin may ayında İngiltərə Premyer Liqasının “Liverpul”a qarşı oyunu etirazçı nümayişçilərin “Old Trafford”un meydanına soxulmasından sonra təxirə salınmışdı.

“Mançester Yunayted”in Qətər təklifinə yaxın mənbələr bildiriblər ki, onlar klubun satışına şübhə ilə yanaşırlar. Bir sıra maliyyə qrupları da investisiya təkliflərinin qəbul edilib-edilmədiyini bilmək üçün intizardadırlar.

“Mançester Yunayted”in “Old Trafford”un yenidən qurulmasına başlamaq üçün investisiyaya ehtiyacı var. Stadionun yaxşılaşdırılması üçün 800 milyon funt-sterlinqlə 2 milyard funt-sterlinq arasında olan müxtəlif maliyyə planları var. Lakin bütün layihələr xeyli müddətdir kağız üzərində həllini gözləyir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: