“Napoli”nin prezidenti “İnter”ə məğlubiyyəti şərh etdi

“Napoli”nin prezidenti Aurelio De Laurentis komandasının İtaliya Super Kubokunun finalında “İnter”ə məğlubiyyətini (0:1) şərh edib.

Arena.az “Football Italia” dərgisinə istinadən, De Lautentisin bu barədə fikirlərini təqdim edir:

“Biz qalibləri təqsirləndirmirik, imkan isə bu işlərdə böyük amildir, amma mən “Napoli” komandasının böyüdüyünü gördüm. Komandada cəmi 10 nəfər qalsa da, “Napoli”nin “İnter”ə hər cür fəsad yaratdığını gördüm. Bu mövsüm hakimlərin zəifliyi – təkcə “Napoli” ilə bağlı deyil, hamıya münasibətdə – hər kəsə aydındır”, deyə “Napoli”nin prezidenti bildirib.

Xatırladaq ki, ikinci hissədə oyunun baş hakimi “Napoli”nin hücumçusu Covanni Simeoneyə beş dəqiqə ərzində iki sarı vərəqə göstərib və meydandan qovub. “Napoli”nin baş məşqçisi Valter Massarri bu hadisədən hiddətlənib, oyundan sonra meydanı tərk edib. İtalyan mütəxəssis nə mükafatlandırma mərasiminə qatılıb, nə də mətbuata açıqlama verib.

Vurğulayaq ki, “Napoli”nin hücumçusu Covanni Simeone Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Xəbəri sosial şəbəkələrdə paylaş: