“Napoli”nin prezidenti: “Spallettiyə minnətdaram”

“Napoli”nin prezidenti Aurelio De Laurentis Luçano Spallettinin komandanın baş məşqçi postunu tərk etməsindən danışıb.

Arena.az “Football Italia”ya istinadən De Laurentiisin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Nə üçün mən Spallettiyə xahişinə görə minnətdar olmalıyam? Çünki 33 ildən sonra ilk “skudetto” toxluq hissi doğura bilər. Biz çalışdıq ki, komanda onunla öz oyununu oynaya biləcək və uğurlar qazanmağa davam edə biləcək yeni məşqçi təyin edək”.

Xatırladaq ki, “Napoli” kluba son 33 ildə ilk dəfə İtaliya çempionluğunu qazandırmış 64 yaşlı Luçano Spaletti ilə əməkdaşlığına mütəxəssisin öz xahişi əsasında xitam verib.

Spallettinin rəhbərlik etdiyi “Napoli” Çempionlar Liqasının 2022/2023 mövsümündə 1/4 finala yüksələ bilmiş, burada hər iki oyunun yekun nəticəsinə görə məğlub olmuşdu (1:2).

Xatırladaq ki, “Napoli” komandaya yeni baş məşqçi – fransısz mütəxəssis Rudi Qarsiyanı gətirib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: