Nazarov üçün 76 dəqiqə, 1 qol və 3 xal

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov Almaniyanın “Ersgebirge” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu 3-cü Liqanın 18-ci turu çərçivəsində baş tutan “İnqolştadt” ilə qarşılaşmanın iştirakçısı olub.

Futbolçumuzun komandası bu rəqiblə səfərdə üz-üzə gəlib. Üç qolun qeydə alındığı matç Aue təmsilçisinin əzmkar qələbəsiylə yekunlaşıb – 2:1. Dmitri Nazarov bu matçın start heyətində meydana çıxıb. O, 76-cı dəqiqədə əvəzlənib. Komandasının qələbə qolunu da 67-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Dmitri vurub.

Bu, “Ersgebirge”nin cari mövsümdəki 4-cü qələbəsidir. Aue təmsilçisi geridə qalan 18 turda 5 heç-heçəyə də nail ola bilib və 9 qarşılaşmada məğlub olub. Bu komanda hazırda 17 xalla 20 kollektiv arasında 17-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: