Neestrup: “Mançester Siti”nin oyunçuları sadəcə adamlardır”

“Kopenhagen”in baş məşqçisi Yakob Neestrup ÇL-in 1/8 finalında “Mançester Siti” ilə qarşıdakı ilk oyunla bağlı gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, danimarkı mütəxəssisin müvafiq xüsusda fikirlərini təqdim edir:

“Biz bilirik ki, “Mançester Siti” çox yaxşı komandadır, amma “Bayern”, “Mançester Yunayted” və “Qalatasaray” kimi onların oyunçuları sadəcə insanlardır. Ona görə də qələbə imkanımızın olduğunu bilə-bilə oynayırıq. Heç bir söz yox ki, sabah stadionumuz heyrətamiz olacaq”, deyə Neestrup adlı-sanlı rəqibindən çəkinmədiyini başa düşməyə əsas verib.

Xatırladaq ki, ilk oyun fevralın 13-də Kopenhagendə, “Parken” stadionunda keçiriləcək. Cavab oyunu isə martın 6-da baş tutacaq.

Turnirin qrup mərhələsində “Kopenhagen” “Qalatasaray” və “Mançester Yunayted”i geridə qoyaraq, qrupda “Bayern”in ardınca ələmə mərhələsinə vəsiqəsini təmin etməyi bacarmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: